Holand “Everton”la oyundan sonra “Siti” azarkeşlərinə müraciət edib

5 May 2026 23:04
146
Holand “Everton”la oyundan sonra “Siti” azarkeşlərinə müraciət edib

“Mançester Siti”nin hücumçusu Erlinq Holand İngiltərə çempionatının 35-ci turunda “Everton”la oyundan (3:3) sonra sosial mediada X səhifəsində paylaşım edib.

“Dörd oyun qalıb. Sona qədər birlikdə!”, - norveçli hücumçu yazıb.

Mövsümün bitməsinə üç tur qalmış “Mançester Siti” 71 xalla ikinci yerdədir. “Arsenal” 76 xalla turnir cədvəlinə başçılıq edir. Bununla belə, “şəhərlilər”ın ehtiyatda bir oyunu var.

İngiltərə Premyer Liqasının növbəti turunda “Mançester Siti” “Brentford”la, “Arsenal” isə “Vest Hem”lə qarşılaşacaq.
Bu mövsüm Holand bütün yarışlarda 49 oyun keçirib, 36 qol vurub və yeddi məhsuldar ötürmə edib.

İdman.Biz