Liqa 1: “Strasbur” - “Paris” matçında qolsuz bərabərlik

15 Mart 2026 20:35
65
Liqa 1: “Strasbur” - “Paris” matçında qolsuz bərabərlik

Fransa Liqa 1-in 26-cı turu çərçivəsində keçirilən “Strasbur” - “Paris” qarşılaşmasında qalib müəyyənləşməyib. “Stad de la Meno” stadionunda baş tutan matç 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, hər iki komandanın cəhdlərinə baxmayaraq, 90 dəqiqə ərzində qapılara yol tapmaq mümkün olmayıb.

Bu nəticə ilə “Strasbur” (37 xal) çempionatda ardıcıl üçüncü heç-heçəsini edərək turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi “Paris” (28 xal) isə 13-cü mövqedəki yerini qoruyub.

Qeyd edək ki, bu nəticədən sonra “Strasbur” son beş oyunda cəmi bir qələbə qazansa da, məğlubiyyətsizlik seriyasını dörd matça çatdırıb.

İdman.Biz