“Çelsi”in baş məşqçisi Entso Mareska qovula bilər.
İdman.Biz bildirir ki, londonlular son doqquz oyundan yalnız ikisində qalib gəliblər.
Dekabrın 30-da “göylər” Premyer Liqanın 19-cu turunda “Bornmut”la 2:2 heç-heçə ediblər.
“Sky Sports”un məlumatına görə, italiyalı mütəxəssis 2026-cı ilə baş məşqçi kimi başlayacaq, lakin nəticələr tezliklə yaxşılaşmasa, yanvarın sonuna qədər vəzifəsində qalması ehtimalı azdır.
“Çelsi” hazırda Premyer Liqanın turnir cədvəlində 30 xalla beşinci yerdədir.
