Luka Modriç “Milan”la yeni müqavilə imzalayıb

23 İyul 2026 21:20
94
Luka Modriç “Milan”la yeni müqavilə imzalayıb

“Milan” rəsmi saytında 40 yaşlı yarımmüdafiəçi Luka Modriçin müqaviləsini bir mövsümlük uzatdığını açıqlayıb.

İdman.Biz bildirir ki, müqavilə 30 iyun 2027-ci ilə qədərdir.

“Luka gələndən bəri “Rossoneri” yarımmüdafiəsində əsas fiqur olub. O, həm meydanda, həm də meydandan kənarda komandaya təcrübə və bacarıq qazandırıb, eyni zamanda təvazökarlıq və böyük ehtiras nümayiş etdirib. Dünya futbolunun ən yaxşı və ən ikonik oyunçularından biri olan xorvatiyalı, keçən mövsüm 37 oyun keçirdiyi və iki qol vurduğu “Rossoneri” forması ilə yeni, vacib zirvələrə çatmaq ambisiyası ilə səyahətinə davam edəcək”, - “Milan”ın açıqlamasında deyilir.

İdman.Biz