Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) mətbuat xidməti Meksika milli komandasının keçmiş qapıçısı Gilyermo Oçoaya müraciət edib.
İdman.Biz bildirir ki, Oçoa peşəkar futboldan ayrıldığını elan edib.
"Dünya çempionatı tarixində ən yaşlı altıncı oyunçu və turnirin əsl əfsanəsi, bu il rekord sayda altıncı Dünya Kubokunda iştirak edən meksikalı Gilermo Oçoa futboldan ayrıldığını elan edib. Təqaüddə sənə uğurlar arzulayırıq, Gilermo!", - FIFA -nın sosial media hesabındakı paylaşımda bildirilir.
Klub səviyyəsində Oçoa 2005-ci ildə "Club América" ilə "Clausura" turnirini və "Standard Lyej" ilə Belçika Kubokunu qazanıb.
Beynəlxalq arenada qapıçı Meksikaya altı KONKAKAF Qızıl Kubokunu qazanmağa kömək edib və 2020-ci il Tokio Olimpiadasında bürünc medal qazanıb.
