“Fənərbağça” norveçli hücumçunu transfer etməyə yaxındır

Xəbərlər
26 Dekabr 2025 16:30
42
“Fənərbağça” norveçli hücumçunu transfer etməyə yaxındır

İstanbulun “Fənərbağça” klubu hücum xəttini gücləndirmək üçün uzun müddətdir gündəmində saxladığı Aleksander Sörlotun transferini yekunlaşdırmaq üzrədir.

İdman.Biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi norveçli hücumçu ilə 3,5 illik müqavilə şərtlərində razılıq əldə edib.

Razılığa əsasən, A. Sörlot İstanbul nəhəngindən mövsümünə 12,5 milyon avro maaş alacaq.

Hazırda əsas diqqət futbolçunun transfer hüquqlarına sahib olan Madrid “Atletiko”su ilə aparılan danışıqlara yönəlib. İspaniya klubu futbolçu üçün 35 milyon avro tələb edir.

“Fənərbağça” rəhbərliyi isə bu məbləği 25–30 milyon avro aralığına endirməyə çalışır.

Tərəflər arasında razılıq əldə olunacağı halda, Sörlotun yaxın vaxtlarda rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Qeyd edək ki, Super Liqada 42 xalla ikinci pillədə qərarlaşan “Fənərbağça” mövsümün ikinci yarısına yanvarın 18-də “Alanyaspor”la səfər oyunu ilə start verəcək.

İdman.Biz
Məqalədə: