"Tottenhem Hotspur"un qapıçısı Qulyelmo Vikario komandanın mövsümöncəsi təlim-məşq toplanışı heyətinə daxil edilməyib.
İdman.Biz bu barədə jurnalist və insayder Fabrizio Romanoya istinadən bildirir.
Məlumata əsasən, klubun onunla yollarını ayırmaq niyyəti təsdiqlənib.
İtalyan qapıçı yay transfer pəncərəsinin bağlanmasından əvvəl London klubundan ayrılacaq. Vikarionun təlim-məşq toplanışı heyətinə daxil olmaması onun tezliklə komandadan ayrılacağının açıq əlamətidir.
Daha əvvəl "İnter"in qapıçıya maraq göstərdiyi bildirilirdi. Vikarionun "Tottenhem"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. 2025/2026 mövsümündə o, bütün yarışlarda 43 oyun keçirib, 65 qol buraxıb və 13 dəfə qapısını toxunulmaz saxlayıb.
