Benzemanın “Əl-Hilal” ilə fikir ayrılığı əmələ gəlib

24 İyul 2026 04:14
79
Benzemanın “Əl-Hilal” ilə fikir ayrılığı əmələ gəlib

"Əl-Hilal"ın hücumçusu Kərim Benzema və Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi Pro Liqa mövsümünün başlamasından əvvəl danışıqlar aparıblar.

İdman.Biz-in jurnalist Ben Ceykobsa istinadən verdiyi məlumata görə, fransız hücumçu komandadakı mövqeyindən narahatdır və yalnız Asiya Çempionlar Liqası oyunlarında oynamaqla kifayətlənmək istəmir.

İnsayderdən verilən məlumata görə, fransız klubda əsas rol oynamağa ümid edir, "Əl-Hilal" rəsmiləri isə mümkün əvəzləyici üçün transfer bazarını yaxından izləyir.

Xatırladaq ki, Benzema Səudiyyə Ərəbistanı klubuna 2026-cı ilin fevral ayında keçib. Səudiyyə Ərəbistanı liqasında əcnəbi oyunçuların sayına qoyulan məhdudiyyət səbəbindən "Liverpul"un keçmiş hücumçusu Darvin Nunyes mövsüm üçün "Əl-Hilal"ın heyətinə daxil edilməyib. O, yalnız AFC Elit Çempionlar Liqasında oynayıb.

Keçən mövsüm Benzema klubda 13 oyun keçirib, doqquz qol vurub və beş məhsuldar ötürmə edib.

İdman.Biz