“Arsenal” kapitan Edeqoru 87 milyon avroya satmağa hazırdır

24 İyul 2026 03:09
67
“Arsenal” kapitan Edeqoru 87 milyon avroya satmağa hazırdır

"Arsenal" yarımmüdafiəçi və kapitan Martin Edeqor üçün təkliflərə açıqdır.

İdman.Biz TEAMtalk-a istinadən xəbər verir ki, London klubu yüksək təzyiqli və enerjili oyun tərzini qorumaq üçün yarımmüdafiə xəttini yeni oyunçularla gücləndirməyə çalışır.

Mənbəyə görə, "Arsenal" 75 milyon funt sterlinq (87,7 milyon avro) təklif alsa, 27 yaşlı oyunçunun satışını sürətləndirə bilər. Lakin hələlik heç bir komanda "topçular"ın istədiyi qiymətə çata bilməyib.

Ötən mövsüm Edeqor bütün yarışlarda 36 oyunda meydana çıxıb, bir qol vurub və səkkiz məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 70 milyon avrodur.

İdman.Biz