Konfrans Liqası: Vüsal İsgəndərlinin komandası qalib gəldi

23 İyul 2026 23:58
97
Konfrans Liqası: Vüsal İsgəndərlinin komandası qalib gəldi

Azərbaycan milli komandasının hücumçusu Vüsal İsgəndərli Kosovonun “Malişeva” komandasının Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki ilk oyununda iştirak edib.

İdman.Biz bildirir ki, “Malişeva” bu mərhələdə Şotlandiyanın “Hibernian” klubunu qəbul edib.

Matç 2:0 kosovoluların xeyrinə bitib.

İsgəndərli start heyətində meydana çıxıb və 71-ci dəqiqədə əvəzlənib. O, məhsuldar hərəkətlərlə yadda qalmayıb.

Komandalar bir həftə sonra cavab qarşılaşmasında üz-üzə gələcəklər.

İdman.Biz