“Qarabağ”ın sabiq futbolçusu Adama Diakabinin yenidən Azərbaycanda çıxış etmək imkanı olub.
İdman.Biz sport24.az xəbər verir ki, hazırda 30 yaşında olan futbolçu agentləri vasitəsilə Misli Premyer Liqasında çıxış edən klublara təklif olunub.
Lakin ölkə təmsilçilərindən heç biri fransalı hücumçunun transferində maraqlı olmayıb.
Diakabi 2023/2024 mövsümündə “Qarabağ”ın formasını geyinib. Hazırda isə Almaniyanın üçüncü Liqasında mübarizə aparan “Manhaym”ın heyətində yer alır.
