“Kəpəz” “İmişli” ilə matça itki ilə çıxacaq

31 Oktyabr 2026 13:08
75
“Kəpəz” “İmişli” ilə matça itki ilə çıxacaq

“Kəpəz” klubunun futbolçusu Azuma Abubakar Misli Premyer Liqasının 10-cu turunda “İmişli”yə qarşı keçiriləcək matçda iştirak etməyəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçinin zədələndiyi qeyd olunub.

Xatırladaq ki, “Kəpəz” - “İmişli” görüşü sabah saat 17:30-da Gəncə şəhər stadionunda start götürəcək.

İdman.Biz