Türkiyənin “Qalatasaray” futbol klubu Rusiyanın ÇSKA komandasının yarımmüdafiəçisi Matvey Kislyakla ciddi maraqlanır.
İdman.Biz xəbər verir ki, bu barədə türkiyəli jurnalist Burak Eren “X” sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, İstanbul nəhəngi Rusiya bazarını yaxından izləyir və maraqlandığı futbolçuları stadionlarda canlı izləmək üçün nümayəndələr göndərir.
Kislyakın transferi isə asan olmayacaq. ÇSKA futbolçunu satmağa ciddi ehtiyac duymur və onun keçidi üçün 35-40 milyon avro tələb etməyi planlaşdırır.
Rusiyalı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 16 oyunda iştirak edib və üç məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına görə, 20 yaşlı futbolçunun bazar dəyəri 25 milyon avro qiymətləndirilir.
Məlumat üçün əlavə edək ki, hazırda “Qalatasaray”ın heyətində bir rusiyalı futbolçu var, bu, 21 yaşlı yarımmüdafiəçi Aleksey Batrakovdur. Aleksey hazırda "Qalatasaray"ın aparıcı oyunçusudur və mütəmadi olaraq əsas heyətdə çıxış edir.
