Frenki de Yonq bu il meydançaya çıxmayacaq

24 İyul 2026 09:08
70
Frenki de Yonq bu il meydançaya çıxmayacaq

"Barselona"nın yarımmüdafiəçisi Frenki de Yonq Niderland millisində çıxış edərkən aldığı daxili yan bağın qırılması səbəbindən beş-altı ay oynaya bilməyəcək.

İdman.Biz-in AS-a istinadən verdiyi məlumata görə, oyunçu 2027-ci ilə qədər bir daha oynamayacaq.

AS daha əvvəl "Barselona"nın 29 yaşlı futbolçunun zədəsinin ağırlaşmasında Niderlandın günahkar olduğunu düşündüyünü bildirmişdi. De Yonq zədəni 2026-cı il dünya çempionatının 1/16 final mərhələsində Mərakeşlə oyundan əvvəl (1:1, penaltilərdə 2:3) alsa da, 110 dəqiqə meydanda olub. Kataloniya klubu həmçinin hesab edir ki, yarımmüdafiəçinin özü də həmin matçda əvəzetmə tələb edə bilərdi.

İdman.Biz