"Arsenal" "Nyukasl"ın yarımmüdafiəçisi Bruno Gimaraeş üçün rəsmi təklif hazırlamağa davam edir.
İdman.Biz bildirir ki, London klubu sonda 80 milyon funt sterlinq (93,6 milyon avro) dəyərində bir razılaşma əldə edəcəklərinə inanır.
Lakin TEAMtalk-ın məlumatına görə, klub yaxın günlərdə "sağsağanlar"a 70 milyon funt sterlinq (81,9 milyon avro) təklif etmək niyyətindədir.
Mənbənin məlumatına görə, "Nyukasl" Gimaraeşi "Tottenhem"ə 100 milyon funt sterlinqə (117 milyon avro) satılan Sandro Tonalidən daha yüksək qiymətləndirir. "Sağsağanlar" "Arsenal"ın təklif etməyə hazırlaşdığı qiymətlə bağlı danışıqlar aparmaq niyyətində deyil.
Daha əvvəl media "topçular"ın Gimaraeşin transferi üçün 55 milyon funt sterlinq (təxminən 65 milyon avro) və 65 milyon funt sterlinq (76,2 milyon avrodan çox) ödəməyə hazır olduğunu bildirmişdi, lakin "Nyukasl" bundan imtina etmişdi.
