“Barselona” rəhbərliyi və idman direktoru Deko baş məşqçi Hans-Diter Flikin gələn mövsümə yalnız bir illik müqavilə ilə başlamasını istəmir.
İdman.Biz-in Bild-ə istinadən verdiyi məlumata görə, “blauqrana” məşqçi ilə müqavilənin uzadılması üçün danışıqlara başlayıb.
Mənbənin məlumatına görə, “Barselona” alman məşqçinin müqaviləsini daha bir il, 2028-ci ilin yayına qədər uzatmasını istəyir. 60 yaşlı məşqçinin daha uzun müddətə yeni müqavilə imzalamağa hazır olmadığı vurğulanır.
Kataloniya klubu daxilində bəzi gərginliklərə baxmayaraq, alman mütəxəssis “Barselona”da məmnun və xoşbəxtdir.
Flik 2024-cü ilin yayından bəri “blauqrana”ya rəhbərlik edir. Onun rəhbərliyi altında “blauqrana” İspaniya liqasını, Kral Kubokunu və İspaniya Superkubokunu qazanıb.
