UEFA Çempionlar Liqası: “Sabah”ın ikinci təsnifat mərhələsində qarşılaşa biləcəyi komandaların sayı azalıb - YENİLƏNİR

17 İyun 2026 10:57
114
UEFA Çempionlar Liqası: “Sabah”ın ikinci təsnifat mərhələsində qarşılaşa biləcəyi komandaların sayı azalıb - YENİLƏNİR

“Sabah”ın UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün ikinci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.

İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, səpələnməmişlər səbətində yer alan Azərbaycan təmsilçisi mərhələ adlayacağı təqdirdə “Srvena Zvezda” (Serbiya), Lex (Poznan, Polşa), “Floriana” (Malta) - “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Vardar” (Şimali Makedoniya) - “Kups” (Finlandiya) cütünün qalibi, “Jalqiris” (Litva) - “Drita” (Kosovo) cütünün qalibi və ya “Linkoln” (Cəbəllütariq) - “İnter” (Eskaldes, Andorra) cütünün qalibi ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.

Qeyd edək ki, “Sabah” turnirin birinci təsnifat mərhələsində TNS (Uels) ilə münasibətləri aydınlaşdıracaq. Bu mərhələnin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.

10:09

Bu gün “Sabah”ın UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşəcək.

İdman.Biz xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.

Tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Azərbaycan təmsilçisi bu raundda səpələnməmişlər səbətində yer alacaq.

Ölkə çempionunun mümkün rəqibləri bunlardır: “Srvena Zvezda” (Serbiya), Dinamo (Zaqreb, Xorvatiya), “Slovan” (Slovakiya), Lex (Poznan, Polşa), “Sele” (Sloveniya), “Omoniya” (Kipr), “Floriana” (Malta) - “Şemrok Rovers” (İrlandiya) cütünün qalibi, “Vardar” (Şimali Makedoniya) - “Kups” (Finlandiya) cütünün qalibi, “Hapoel” (Beer-Şeva, İsrail), “Jalqiris” (Litva) - “Drita” (Kosovo) cütünün qalibi, “Linkoln” (Cəbəllütariq) - “İnter” (Eskaldes, Andorra) cütünün qalibi, “Borats” (Bosniya və Herseqovina) - “Levski” (Bolqarıstan) cütünün qalibi.

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları 17 iyulda, cavab matçları 21-22 iyulda baş tutacaq.

Qeyd edək ki, “Sabah” turnirin birinci təsnifat mərhələsində TNS (Uels) ilə münasibətləri aydınlaşdıracaq. Bu mərhələnin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək. Valdas Dambrauskasın baş məşqçisi olduğu Azərbaycan çempionu ilk matçı evdə keçirəcək.

İdman.Biz
Məqalədə: