“Araz-Naxçıvan” futbol klubu hücumçu Ülvi İsgəndərovla yeni müqavilə imzalayıb.
İdman.Biz xəbər verir ki, bu barədə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu məlumat yayıb.
Ü.İsgəndərov yeni mövsümdə də “qırmızı-ağlar”ın formasını geyinəcək. 2024/2025 mövsümündən “Araz-Naxçıvan”ın heyətində yer alan futbolçu ilə anlaşmanın müddəti bir illikdir.
Qeyd edək ki, klub buna qədər Tərlan Əhmədli, Ömər Buludov və Slavik Alxasovla da müqaviləni yeniləyib.
Xatırladaq ki, Naxçıvan təmsilçisi bir gün əvvəl Azərbaycan millisinin sabiq futbolçusu Cavid Hüseynovun komandanın baş məşqçisi vəzifəsinə təyin olunduğunu açıqlayıb.
