“Qarabağ”ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün ikinci təsnifat mərhələsindəki potensial rəqibləri azalıb.
İdman.Biz UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi birinci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandasını məğlub etsə, “Beşiktaş” (Türkiyə), “Tvente” (Niderland), “Tromse” (Norveç), “Hammarbü” (İsveç) və ya ÇSKA (Sofiya, Bolqarıstan) - “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə görüşəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunları 23 və 30 iyulda keçiriləcək.
10:24
“Qarabağ”ın UEFA Avropa Liqasının 2026/2027 mövsümünün ikinci təsnifat mərhələsindəki potensial rəqibi bu gün bəlli olacaq.
İdman.Biz xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçiriləcək.
Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Ağdam təmsilçisi bu raundda da səpələnmişlər səbətində yer alacaq.
“Köhlən atlar”ın mümkün rəqibləri bunlardır: “Beşiktaş” (Türkiyə), “Tvente” (Niderland), “Tromse” (Norveç), “Sankt Qallen” (İsveçrə), “Hammarbü” (İsveç), “Şerif” (Moldova) - “Aluminiy” (Sloveniya) cütünün qalibi, “Dinamo” (Kiyev, Ukrayna) - “Universtatya” (Kluj, Rumıniya) cütünün qalibi, “Hayduk” (Xorvatiya) - “Jilina” (Slovakiya) cütünün qalibi, ÇSKA (Sofiya, Bolqarıstan) - “Derri Siti” (İrlandiya) cütünün qalibi.
Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində İslandiyanın “Vestri” komandası ilə üz-üzə gələcək. Bu raundun oyunları iyulun 9-u və 16-da keçiriləcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda ilk matçını səfərdə keçirəcək.
