Avstriya millisi DÇ-2026-nın J qrupunda keçirdiyi ilk oyunda İordaniya yığmasını məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşma Avstriyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 20-ci dəqiqədə Romano Şmid açıb. İordaniya millisinin futbolçusu Əli Olvan 50-ci dəqiqədə fərqlənərək tarazlığı bərpa edib.
Avstriya yığması Yazan Əl-Ərəbin öz qapısına vurduğu qolla yenidən önə keçib. Görüşdə son nöqtəni penaltini dəqiq yerinə yetirən Marko Arnautoviç qoyub.
Bu oyundan sonra Argentina və Avstriya hərəyə 3 xal toplayaraq birinci və ikinci yeri tutublar. Məğlub komandalar - Əlcəzair və İordaniya isə xalsız qalıblar.
Avstriya millisi J qrupunun ikinci turunda 22 iyunda Argentina ilə qarşılaşacaq. İordaniya yığması isə 23 iyunda Əlcəzairlə üz-üzə gələcək.
10:09
Marko Arnautoviç 90+12-ci dəqiqədə penalti zərbəsindən Avstriyanın üçüncü qolunu vurdu.
09:44
Əl-Ərəb 76-cı dəqiqədə avtoqol müəllifi olaraq Avstriyanı hesabda önə çıxrır.
09:37
Marko Arnautoviçin qolu əllə oyun səbəbindən VAR tərəfindən ləğv edildi.
09:34
Avstriya 67-ci dəqiqədə Marko Arnautoviçin qolu ilə hesabda önə çıxır - 2:1.
09:20
İdman.Biz xəbər verir ki, San-Fransisko Bay Area stadionunda davam edən Avstriya - İordaniya matçında hesab 1:1-dir.
Romano Şmid 20-ci dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə Avropa təmsilçisini önə keçirib. Avstriya ilk hissəni 1:0 hesablı üstünlüklə başa vurub.
İkinci hissəyə fəal başlayan İordaniya millisi 50-ci dəqiqədə tarazlığı bərpa edib. Əli Olvan dəqiq zərbə ilə adını tabloya yazdırıb – 1:1.
