DÇ-2026-da yeddinci gün: İngiltərə və Portuqaliya səhnədə

17 İyun 2026 09:54
118
DÇ-2026-da yeddinci gün: İngiltərə və Portuqaliya səhnədə

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə DÇ-2026-da sabah yeddinci oyun gününün matçları baş tutacaq.

İdman.Biz xəbər verir ki, günün ilk görüşündə Portuqaliya Konqo Demokratik Respublikası ilə qarşılaşacaq. Ardınca İngiltərə - Xorvatiya, Qana - Panama və Özbəkistan - Kolumbiya oyunları keçiriləcək.

Bu qarşılaşmalarla dünya çempionatının qrup mərhələsində ilk tura yekun vurulacaq.

DÇ-2026 – yeddinci oyun günü
17 iyun

21:00 Portuqaliya - Konqo DR
23:59 İngiltərə - Xorvatiya

18 iyun
03:00 Qana - Panama
06:00 Özbəkistan - Kolumbiya

İdman.Biz