Skaloni: “Messini təsvir etməyə söz tapa bilmirəm”

17 İyun 2026 10:41
107
Skaloni: “Messini təsvir etməyə söz tapa bilmirəm”

Futbol üzrə Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-da Əlcəzair üzərində 3:0 hesablı qələbədən sonra Lionel Messi haqqında fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Skaloni mətbuata açıqlamasında Messini təsvir etməyə söz tapa bilmədiyini acılayıb.

“Messini təsvir etməyə sadəcə söz tapa bilmirəm. Artıq 20 ildir ki, o, bizi belə şeylər görməyə öyrəşdirib və onun oyunu hər bir izləyiciyə ilham verir. Matçdan-matça irəliləyəcəyik. Komanda razıdır, bir çox futbolçuya oyun praktikası verdik. Ümid edirəm ki, növbəti görüşdə də qalib gələcəyik ki, qrup mərhələsinin üçüncü oyununda bütün futbolçulara şans verə bilək", - deyə Skaloni bildirib.

Argentina millisi növbəti matçını iyunun 22-də Avstriya yığmasına qarşı keçirəcək.

İdman.Biz