Joze Mourinyo: “Mən bəzən dediyim axmaq sözlərlə deyil, titullarımla tanınıram” - VİDEO

Xəbərlər
17 Dekabr 2025 22:18
60
Joze Mourinyo: “Mən bəzən dediyim axmaq sözlərlə deyil, titullarımla tanınıram” - VİDEO

“Benfika”nın baş məşqçisi Joze Mourinyo onun ictimaiyyət qarşısındakı açıqlamalarının strategiyanın, yoxsa psixoloji hiylənin bir hissəsi olub-olmadığı ilə bağlı suala cavab verib.

İdman.Biz bildirir ki, Mourinyo əvvəllər “Real Madrid”, “Çelsi”, “İnter”, “Tottenhem”, “Roma”, “Porto” və “Fənərbağça” klubları kimi komandaları çalışdırıb.

“Bağışlayın, amma düşünürəm ki, mən titul qazanaraq məşhur olmuşam, zaman-zaman dediyim axmaq sözlərlə deyil”, - deyə Mourinyodan bildirib.

“Benfika” 14 oyundan sonra 32 xalla Portuqaliya liqasının turnir cədvəlində üçüncü yerdədir.

@idman.biz “Benfika”nın baş məşqçisi Joze Mourinyo onun ictimaiyyət qarşısındakı açıqlamalarının strategiyanın, yoxsa psixoloji hiylənin bir hissəsi olub-olmadığı ilə bağlı suala cavab verib #benfika #morinho #futbol #idman #komanda ♬ оригинальный звук - Idman və Biz

İdman.Biz