“Vilyarreal” – “Kopenhagen” oyunundan əvvəl səhvən Avropa Liqasının himni səsləndirilib – VİDEO

Xəbərlər
10 Dekabr 2025 22:57
22
“Vilyarreal” – “Kopenhagen” oyunundan əvvəl səhvən Avropa Liqasının himni səsləndirilib – VİDEO

Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunun “Vilyarreal” və “Kopenhagen” komandaları arasında keçirilən oyunundan əvvəl qeyri-adi bir vəziyyət yaranıb.

İdman.Biz-in İspaniya mediasına istinadən verdiyi məlumata görə, təşkilatçılar səhvən Çempionlar Liqasının himni əvəzinə Avropa Liqasının himnini səsləndiriblər.

Növbəti turda “Vilyarreal” yanvarın 20-də “Ayaks”ı qəbul edəcək, “Kopenhagen” isə həmin gün evdə “Napoli” ilə qarşılaşacaq.

İdman.Biz