“Arsenal” “Ayntraxt”ın 20 yaşlı cinah oyunçusu Jan-Matteo Baoyyanı izləyir.
İdman.Biz bu barədə “Sky Sport Germany”-nin məlumatına istinad edir.
Mənbənin məlumatına görə, Frankfurt klubu artıq “topçular”ın futbolçu ilə maraqlanmasından xəbərdardır, lakin hazırda danışıqlar aparılmır.
“Ayntraxt” fransız futbolçunu 70 milyon avro dəyərində qiymətləndirir.
Baoyya bu mövsüm bütün turnirlərdə 18 oyunda meydana çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 25 milyon avrodur.
