Kriştianu Ronaldu zədələnib – “Əl-Nəsr”

3 Mart 2026 23:41
80
Kriştianu Ronaldu zədələnib – “Əl-Nəsr”

“Əl-Nəsr”in mətbuat xidməti X sosial media səhifəsində 41 yaşlı hücumçu və komandanın kapitanı Kriştianu Ronaldunun zədə aldığını açıqlayıb.

“Kriştianu Ronalduya “Əl-Feyha” ilə son oyundan sonra bud əzələsindən zədə diaqnozu qoyulub. O, reabilitasiya proqramına başlayıb və hər gün nəzarətdə olacaq”, - klubun açıqlamasında deyilir.

Daha əvvəl mediada Ronaldunun bölgədə baş verən hərbi əməliyyatlar səbəbindən Səudiyyə Ərəbistanını tərk etdiyi bildirilirdi.

“Əl-Nəsr” Səudiyyə Pro Liqasının 24-cü turunda “Əl-Feyha” ilə oyunda 3:1 hesabı ilə qalib gəlib. Ronaldu matçın 81 dəqiqəsində meydanda olub. Portuqaliyalı hücumçu 11-ci dəqiqədə penalti zərbəsini qaçırıb.
Ümumilikdə, Ronaldu bu mövsüm Pro Liqada 22 oyunda 21 qol vurub.

İdman.Biz