Türkiyə Kuboku: “Qalatasaray” və “Trabzonspor” ¼ finalda - VİDEO

4 Mart 2026 00:36
119
Türkiyə Kuboku: “Qalatasaray” və “Trabzonspor” ¼ finalda

Türkiyə Kubokunda mübarizə davam edir.

İdman.Biz xəbər verir ki, bu gün A qrupunda 4-cü turun oyunları keçirilib. “Qalatasaray” “Alanyaspor”un qonağı olub.

Oyunda hesabı 6-cı dəqiqədə Barış Alper Yılmaz açıb. 29-cu dəqiqədə Renato Nhaqa hesab arasındakı fərqi artırıb. 77-ci dəqiqədə Stiv Munye buraxılan qollardan birinin əvəzini çıxıb – 1:2.

Bununla “Qalatasaray” ¼ finala vəsiqə qazanıb. “Alanyaspor” isə qrup üçüncüsü olub.

Qrupun digər oyununda “Trabzonspor” səfərdə “Başakşehir”ı 4:2 hesabı ilə məğlub edib. Bu qələbə ilə “Trabzonspor” Türkiyə Kubokunun ¼ finalına çıxıb. “Başakşehir” isə mübarizəni dayandırıb.

Qrupun daha bir matçında isə “Fatih Karagümrük” “Fethiyespor”a qalib gəlib – 2:0.

A qrupunun digər iki təmsilçisi isə heç-heçə oynayıblar. “İstanbulspor” öz meydançasında “Boluspor”a qalib gələ bilməyib – 0:0.

İdman.Biz