“Liverpul” gözlənilmədən çempionatın autsayderinə məğlub olub - VİDEO

4 Mart 2026 02:27
71
“Liverpul” gözlənilmədən çempionatın autsayderinə məğlub olub

İngiltərə Premyer Liqasının 29-cu turunda “Vulverhempton” və “Liverpul” komandaları arasında keçirilən oyun başa çatıb.

Vulverhemptondakı “Molineux” stadionunda keçirilən oyun ev sahibi komandanın 2:1 hesablı gözlənilməz qələbəsi ilə başa çatdı.

Meydan sahiblərindən Rodriqo Qomes 78-ci dəqiqədə hesabı açıb. Beş dəqiqə sonra “Liverpul”un misirli cinah oyunçusu Məhəmməd Salah hesabı bərabərləşdirib. Lakin 90+4-cü dəqiqədə Andre Trindade meydan sahiblərinin ikinci qolunu vurub.

Bu oyundan sonra “Liverpul” İngiltərə Premyer Liqasının turnir cədvəlində 48 xalla beşinci, “Vulverhempton” isə 16 xalla sonuncu, 20-ci yerdədir.

Turun digər oyunlarında nəticələr belə olub:

“Lids” – “Sanderlend” – 0:1
“Everton” – Börnli” – 2:0
“Bornmut” – “Brentford” – 0:0

İdman.Biz