İtaliya Kubokunun “Komo” və “İnter” komandaları arasında keçirilən ilk yarımfinal oyunu başa çatıb.
İdman.Biz xəbər verir ki, komandalar Komodakı “Cüzeppe Sinigalya” stadionunda qarşılaşıblar. Oyun 0:0 hesablı heç-heçə ilə bitib.
Komandalar arasında yarımfinalın cavab oyunu 22 apreldə Milanda keçiriləcək.
İkinci yarımfinalda “Latsio” və “Atalanta” qarşılaşacaqlar.
