FIFA dünya çempionatının rəsmi posterini təqdim edib - FOTO

3 Mart 2026 22:10
96
FIFA dünya çempionatının rəsmi posterini təqdim edib

Beynəlxalq Futbol Assosiasiyasının (FIFA) mətbuat xidməti bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il dünya çempionatının rəsmi posterini rəsmi saytında dərc edib.

FIFA Dünya Kuboku tarixində ilk dəfə olaraq üç rəssam — Karson Tinq (Kanada), Minerva GM (Meksika) və Henk Uillis Tomas (ABŞ) yarış posterini yaratmaq üçün birləşiblər.

“Rəsmi turnir posteri bu unikal anın əməkdaşlıq, həyəcan və birlik ruhunu tərənnüm edir”, - FIFA-nın saytında deyilir.

Dünya çempionatı 11 iyunda başlayacaq və 19 iyula qədər davam edəcək.

İdman.Biz