Luis Enrike Vitinya barədə: “Dünya səviyyəli bir oyunçudur”

Xəbərlər
28 Noyabr 2025 21:08
17
Luis Enrike Vitinya barədə: “Dünya səviyyəli bir oyunçudur”

PSJ-nin baş məşqçisi Luis Enrike komandasının portuqaliyalı yarımmüdafiəçisi Vitinyo haqqında danışıb.

İdman.Biz bildirir ki, PSJ-nin Çempionlar Liqasının 5-ci turunda “Tottenhem” üzərində 5:3 hesablı qələbə qazandığı oyunda Vitinya het-trik edib.

“Oyunçuları qiymətləndirməyi çox sevirsiniz. Vitinyanın səviyyəsini qiymətləndirmək istəyirsinizsə, onun əvvəlki mövsümlərinə, necə dəyişdiyinə, necə hücum etdiyimizə, matçları necə apardığımıza baxmalısınız. Onun kimi futbol oynamağı sevən bir oyunçuya sahib olmaq yaxşıdır. O, dünya səviyyəli olan Busketsdən çox fərqlidir. Vitinya, şübhəsiz ki, dünya səviyyəlidir. Məşqçilər heyəti olaraq, komandaya çox müsbət təsir göstərən və eyni zamanda komandada oynayan bir oyunçu olan Vitinyanı tapmaqda yaxşı iş gördük”, - Footmercato Luis Enrikenin sözlərini sitat gətirir.

İdman.Biz

Məqalədə: