UEFA Çempionlar Liqası: “Qarabağ” İtaliyada “Napoli” ilə üz-üzə gələcək

Xəbərlər
25 Noyabr 2025 09:09
58
UEFA Çempionlar Liqası: “Qarabağ” İtaliyada “Napoli” ilə üz-üzə gələcək

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, V tur çərçivəsində Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İtaliyada “Napoli” ilə qarşılaşacaq.

“Stadio Diego Armando Maradona” stadionunda baş tutacaq V turun qarşılaşması Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.

Matçın baş hakimi polşalı məşhur FIFA referisi Şimon Marçinyak olacaq.

“Qarabağ” Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. Neapol klubu 4 xalla 24-cü sıradadır.

Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl turnirdə Portuqaliyanın “Benfika” (3:2), Danimarkanın “Kopenhagen” (2:0) komandalarını məğlub edib. İspaniyada “Atletik”ə uduzan (1:3) “köhlən atlar” Bakıda İngiltərə təmsilçisi “Çelsi” ilə bərabərə qalıb - 2:2.

İdman.Biz

Məqalədə: