Çempionlar Liqası: Nyukaslda dram, “Bavariya” və “Atletiko”dan möhtəşəm qələbə - YENİLƏNİB + VİDEO

11 Mart 2026 02:09
830
Çempionlar Liqası:  Nyukaslda dram, “Bavariya” və “Atletiko”dan möhtəşəm qələbə

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Nyukasl” (İngiltərə) və “Barselona” (İspaniya) arasında keçirilən ilk oyun başa çatıb. Oyun “St. James' Park”da (Nyukasl-apon-Tayn) oynanılıb və 1:1 hesabı ilə başa çatıb.

86-cı dəqiqədə “Nyukasl”ın hücumçusu Harvi Barnes oyunun ilk qolunu vurub. 90+6' dəqiqədə “Barselona”nın cinah oyunçusu Lamin Yamal penalti zərbəsi ilə hesabı bərabərləşdirib.

“Barselona” və “Nyukasl” arasında ikinci oyun 18 martda Barselonadakı “Spotify Camp Nou” stadionunda keçiriləcək.

1/8 finalın digər matçında “Bavariya” səfərdə “Atalanta”nı darmadağın edib.

12-ci dəqiqədə “Bavariya”nın müdafiəçisi Yosip Stanişiç ilk qolu vurub. 22-ci dəqiqədə yarımmüdafiəçi Maykl Olise alman klubunun üstünlüyünü ikiqat artırıb. 25-ci dəqiqədə yarımmüdafiəçi Serj Qnabri Münhen komandasının üçüncü qolunu vurub. 52-ci dəqiqədə hücumçu Nikolas Cekson qonaqların üstünlüyünü dörd qola çatdırıb. 64-cü dəqiqədə Olise ikinci qolunu vurub. 67-ci dəqiqədə yarımmüdafiəçi Camal Musiala “Atalanta”nın qapısına altıncı qolu vurub. 90+3-cü dəqiqədə yarımmüdafiəçi Mario Paşaliç ev sahibi komandanın yeganə qoluna imza atıb.

“Bavariya” ilə “Atalanta” arasında cavab oyunu 18 martda "Münhen Arena"da keçiriləcək.

Madridin “Atletiko” klubu da 1/8 final mərhələsinə böyükhesablı qələbə ilə başlayıb. Madridlilər “Tottenhem”i məğlub ediblər – 5:2.

Altıncı dəqiqədə Markos Liorente hesabı açaraq İspaniya komandasına üstünlük qazandırıb. Antuan Qrizmann 14-cü dəqiqədə ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. 15-ci dəqiqədə Xulian Alvares ev sahibi komandanın üçüncü qolunu vurub. 22-ci dəqiqədə Robin Le Norman madridliləin dördüncü qolunu vurub. Pedro Porro 26-cı dəqiqədə bir qolun əvəzini çıxıb. 55-ci dəqiqədə Xulian Alvares ikinci qolunu vurdu. 76-cı dəqiqədə Dominik Solanke qonaqların ikinci qoluna imza atıb.

Bu komandalar arasında cavab oyunu 18 martda Londondakı “Tottenhem Hotspur” stadionunda keçiriləcək.

23:41

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

İdman.Biz bildirir ki, “Qalatasaray” İstanbulda “Liverpul” qəbul edib.

Oyunda hesab 7-ci dəqiqədə açılıb. Lemina liverpulluları mərkəzə dəvət edib - 1:0.

Matç bu hesabla da başa çatıb.

09:44

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilir.

İdman.Biz martın 10-da keçiriləcək oyunların proqramını təqdim edir:

UEFA Çempionlar Liqası
1/8 final, ilk oyunlar

21:45 “Qalatasaray” - “Liverpul”
23:59 “Atalanta” - “Bavariya”
23:59 “Nyukasl” - “Barselona”
23:59 “Atletiko” - “Tottenhem”

İdman.Biz