Bu gün Misli Premyer Liqasının 23-cü turunun oyunu “Karvan-Yevlax” “Sumqayıt” arasında baş tutacaq.
İdman.Biz xəbər verir ki, saat 15:00-da start götürəcək turun mərkəzi qarşılaşmasını Əli Əliyev idarə edəcək.
“Karvan-Yevlax” 7 xalla turnir cədvəlinin on ikinci pilləsində yer alır. 31 xala malik “Sumqayıt” isə altıncıdır.
Misli Premyer Liqası
23-cü tur
7 mart (şənbə)
15:00. “Karvan-Yevlax” - “Sumqayıt”
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.
VAR: Fərid Hacıyev.
AVAR: Zöhrab Abbasov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Yevlax şəhər stadionu.
Qeyd edək ki, 23-cü tura martın 10-da yekun vurulacaq.
