Arda Avropada ən dəqiq ötürmə edən futbolçuların ilk üçlüyündə - VİDEO

7 Mart 2026 09:59
123
Arda Avropada ən dəqiq ötürmə edən futbolçuların ilk üçlüyündə - VİDEO

“Real Madrid” futbol klubunun yarımmüdafiəçisi Arda Güler La Liqanın 27-ci turunda “Selta” ilə oyunda məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz xəbər verir ki, 21 yaşlı futbolçu görüşün 11-ci dəqiqəsində Orelyen Tçuameniyə dəqiq qol ötürməsi edib.

Beləliklə, Arda bu mövsüm bütün turnirlər üzrə məhsuldar ötürmələrin sayına görə top-5 çempionatların futbolçuları arasında “Mançester Yunayted”in yarımmüdafiəçisi Brunu Fernandeşə çatıb.

Avropanın top-5 liqalarının futbolçuları arasında 2025/2026 mövsümündə bütün turnirlər üzrə ən çox assist edən oyunçuları isə bunlardır:

Maykl Olize(“Bavariya”) - 23

Arda Güler(“Real Madrid” - 15

Brunu Fernandeş(“Mançester Yunayted”) - 15

İdman.Biz
Məqalədə: