“Fənərbağça” böyük transfer əməliyyatı hazırlayır

6 Mart 2026 06:05
335
“Fənərbağça” böyük transfer əməliyyatı hazırlayır

Yüksək səviyyəli hücumçu əldə etməyi hədəfləyən “Fənərbağça” klubu üç əsas oyunçunu hədəfə alıb.

İdman.Biz “Fanatik”ə istinadən bildiri ki, “sarı-göylər” “Barselona” ilə müqaviləsini uzatmayan Robert Levandovski, hələ “Yuventus”la müqavilə imzalamayan Duşan Vlahoviç və “Əl-Hilal” tərəfindən kənarda saxlanılan Darvin Nunyesin vəziyyətini diqqətlə izləyir.

Bildirilir ki, klubun prezidenti Sadettin Saranın may ayında keçiriləcək konqresdə yenidən seçilib-seçilməməsindən asılı olmayaraq, əsas hücumçu ilə bağlı müqaviləni yekunlaşdırmağı və son qərarı növbəti administrasiyaya buraxmamağı planlaşdırır.

İdman.Biz