Messi Ağ Evdə keçirilən mərasimdə Trampla görüşüb

6 Mart 2026 03:15
267
Messi Ağ Evdə keçirilən mərasimdə Trampla görüşüb

“İnter Mayami”nin hücumçusu və kapitanı Lionel Messi Ağ Evdə keçirilən “flaminqolar”a həsr olunmuş mərasimdə ABŞ prezidenti Donald Trampla görüşüb.

İdman.Biz bildirir ki, argentinalı futbolçu Trampın müşayiəti ilə tədbir zalına daxil olub. “İnter Mayami” komandasının qalan üzvləri onları içəridə gözləyiblər.

Xatırladaq ki, Messi 2025-ci ildə “flaminqolar”la birlikdə MLS Kubokunu və Şərq Konfransını qazanıb.

Hücumçu 2023-cü ilin yayından bəri “İnter Mayami”də oynayır. Bu müddət ərzində o, bütün yarışlarda 90 oyunda meydana çıxıb, 79 qol vurub və 44 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 15 milyon avrodur.

İdman.Biz