Dopinqə görə diskvalifikasiya olunmuş “Çelsi” oyunçusu İngiltərənin yeddinci divizion klubu ilə məşq edir

6 Mart 2026 01:37
111
Dopinqə görə diskvalifikasiya olunmuş “Çelsi” oyunçusu İngiltərənin yeddinci divizion klubu ilə məşq edir

Daha əvvəl dopinq testindən müsbət nəticə alan “Çelsi”nin ukraynalı yarımmüdafiəçisi Mixail Mudrik, İngiltərənin yeddinci divizion klubu “Aksbric”lə məşq edir.

İdman.Biz-in xəbərinə görə, “Çelsi” iddia edir ki, onun bu məşqlərlə heç bir əlaqəsi yoxdur, çünki diskvalifikasiya bunu qadağan edirr.

“Bu, Mudrik və “Aksbric” arasında şəxsi razılaşmadır. O, cəzasından sonra futbol oynayacaq, ona görə də düşünürəm ki, bu, onun üçün xoşbəxt bir vaxtdır. O, yaxşıdır", - deyə “Aksbric” idarə heyətinin sədri Mark Bantok ESPN-ə bildirib.

Ukraynalının son rəsmi oyunu 2024-cü ilin noyabr ayının sonlarında, “Çelsi” 2024/25 Konfrans Liqasının qrup mərhələsində “Haydenhaym”la matçda baş tutub. Mudrik həmin matçda qol vurub.

İdman.Biz