“Tottenhem” on nəfərlə “Kristal Palas2a məğlub olub - VİDEO

6 Mart 2026 02:11
96
“Tottenhem” on nəfərlə “Kristal Palas2a məğlub olub

İngiltərə Premyer Liqasının 29-cu turunun “Tottenhem Hotspur” və “Kristal Palas” komandaları arasında keçirilən oyun başa çatıb.

Oyun Londondakı “Tottenhem Hotspur” stadionunda baş tutub. Qonaq komanda 3:1 hesabı ilə qalib gəlib.

Ev sahibi komandanın hücumçusu Dominik Solanke 34-cü dəqiqədə hesabı açıb. Birinci hissənin sonlarında “Tottenhem”in müdafiəçisi Miki van de Ven cərimə meydançasında qayda pozuntusuna yol verərək meydandan qovulub. 40-cı dəqiqədə qonaq yarımmüdafiəçi İsmaila Sarr penaltidən hesabı bərabərləşdirib. “Kristal Palas" 45+1 və 45+7-ci dəqiqələrdə Yorgen Strand Larsen və İsmaila Sarrın qolları ilə oyunda qalib gəlib.

Bu oyundan sonra “Kristal Palas” İngiltərə Premyer Liqasının turnir cədvəlində 38 xalla 13-cü, “Tottenhem Hotspur” isə 29 xalla 16-cı yerdədir.

İdman.Biz