Türkiyə Kubokunda dörddəbir finalın bütün iştirakçıları məlum oldu

6 Mart 2026 01:57
152
Türkiyə Kubokunda dörddəbir finalın bütün iştirakçıları məlum oldu

Türkiyə Kubokunda B qrupu matçlarının da başa çatması ilə dörddəbir finalın 8 komandası da məlum olub.

İdman.Biz bildirir ki, B qrupundan “Samsunspor” və “Konyaspor” ¼ finala vəsiqə qazanıblar.

Daha əvvəl “Qalatasaray”, “Fənərbağça”, “Beşiktaş” və “Trabzonspor” öz qruplarında ilk iki yeri tutaraq dörddəbir finala adlamışdılar. Bugünkü oyunların nəticəsinə uyğun olaraq, öz qruplarında üçüncü yerləri tutmuş “Antalyaspor” və “Gənclərbirliyi” də ilk səkkizliyə vəsiqə qazanıblar.

¼ finalın cütlükləri püşkatma ilə müəyyən olunacaq. “Beşiktaş”, “Qalatasaray”, “Samsunspor” və “Konyaspor” dörddəbir finalda bir-birilərilə qarşılaşmayacaqlar.

.

İdman.Biz