Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.
İdman.Biz xəbər verir ki, günün ikinci matçında “Qəbələ” “Sabah”ı qəbul edəcək.
Oyun Qəbələ şəhər stadionunda, saat 18:00-da başlayacaq.
Bakıda gerçəkləşən qarşılaşma qolsuz bitib. Cütün qalibi növbəti raundda “Qarabağ”a rəqib olacaq.
Bizon Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
5 mart
18:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, daha əvvəl “Sumqayıt”ı 2:0 (ilk oyun - 0:0) hesabı ilə üstələyən “Zirə” və “Şamaxı”nı məğlub edən (1:2, 3:1) “Qarabağ” yarımfinalda oynamaq hüququ qazanıb.
