Laporta klub prezidenti olmasa, Flik “Barselona”dan ayrıla bilər – Plettenberq

6 Mart 2026 08:10
271
Laporta klub prezidenti olmasa, Flik “Barselona”dan ayrıla bilər – Plettenberq

Jurnalist Florian Plettenberq sosial media səhifəsində yazıb ki, əgər Joan Laporta yenidən klub prezidenti seçilməsə, “Barselona”nın baş məşqçisi Hans-Diter Flik klubdan gedə bilər.

İdman.Biz xəbər verir ki, alman məşqçi “Barselona” ilə müqaviləsini uzatmaqda maraqlıdır. Flik şəhəri, klubu və azarkeşləri sevir. Lakin məşqçi gələcəyini Joan Laportanın Kataloniya klubundakı mövqeyinə bağlayır və komandanın strategiyasını formalaşdırmaq üçün onunla birlikdə işləmək istəyir.

Əgər Laporta 15 martda yenidən “Barselona”nın prezidenti seçilməsə, Flikin gedişi ya yayda, ya da 2027-ci ildə müqaviləsi bitdikdən sonra mümkündür.

İspaniya liqasında 26 oyundan sonra “Barselona” 64 xalla turnir cədvəlinə başçılıq edir və “Real Madrid”dən dörd xal öndədir.

İdman.Biz