DÇ-2027: Azərbaycan millisi səfərdə Macarıstana məğlub olub - YENİLƏNİB

7 Mart 2026 21:02
409
DÇ-2027: Azərbaycan millisi səfərdə Macarıstana məğlub olub

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatı – 2027-nin seçmə mərhələsində ikinci oyununa çıxıb.

C Liqasının 3-cü qrupunda yer alan millimiz Macarıstan yığması ilə qarşılaşıb. Felksut şəhərindəki “Panço Arena”da təşkil olunan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, millimiz ilk turda Bakıda Şimali Makedoniya yığması üzərində 2:0 hesablı qələbə qazanıb. Komandamız növbəti oyununu aprelin 14-də səfərdə Andorra seçməsinə qarşı keçirəcək.

10:57

Bu gün Azərbaycanın qadın futbolçulardan ibarət yığması DÇ-2027-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, C Liqasının üçüncü qrupunda yer alan Siyasət Əsgərovun komandası səfərdə Macarıstan millisi ilə qarşılaşacaq.

Görüş Felksutdakı “Panço Arena”da, Bakı vaxtı ilə saat 17:30-da start götürəcək. Görüşü Portuqaliyadan olan baş hakim Filipa Pereyra Kunya idarə edəcək.

Qeyd edək ki, milli seçmə mərhələdəki ilk görüşündə Şimali Makedoniya kollektivi üzərində 2:0 hesablı qələbə qazanmışdı.

İdman.Biz