İspaniyanın “Real Madrid” futbol klubunun hücumçusu Kilian Mbappe Madrid şəhərində yerləşən barlardan birində məşhur aktrisa ilə qucaqlaşarkən görünüb.
İdman.Biz xəbər verir ki, bu barədə AQABABE nəşri məlumat yayıb.
Məlumatda qeyd olunur ki, söhbət ispaniyalı aktrisa Ester Ekspozitodan gedir.
Cütlük bir neçə gün əvvəl Madriddəki barlardan birində görüntülənib. Kilian və Ester qucaqlaşır, şən vaxt keçirirdilər.
Qeyd olunur ki, futbolçu ilə aktrisanın cütlük olması rəsmi şəkildə təsdiqlənməsə də, bu barədə şayiələr ilk dəfə 2019-cu ildə yayılıb.
