Laporta Roma Papasını yenilənmiş “Kamp Nou”ya dəvət etmək istəyir - VİDEO

7 Mart 2026 13:57
77
Laporta Roma Papasını yenilənmiş “Kamp Nou”ya dəvət etmək istəyir - VİDEO

“Barselona” prezidentliyinə namizəd Joan Laporta yenilənmiş “Kamp Nou” stadionunun açılışı ilə bağlı maraqlı planını açıqlayıb.

İdman.Biz İspaniya KİV-ə istinadən xəbər verir ki, o, stadionun xeyir-dua alması üçün Popenu arenaya dəvət etmək niyyətindədir.

Laportanın sözlərinə görə, bununla bağlı artıq Vatikanla ilə əlaqə saxlanılıb.

O hesab edir ki, Roma Papasının iştirakı yenilənmiş stadionun açılışına xüsusi simvolik məna qatacaq.

İdman.Biz