Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununu idarə edəcək

14 Noyabr 2026 20:05
37
Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununu idarə edəcək

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

İdman.Biz xəbər verir ki, təcrübəli hakim UEFA Millətlər Liqasının qrup mərhələsində Qazaxıstan və Slovakiya yığmaları arasında keçiriləcək qarşılaşmanı idarə edəcək.

Noyabrın 16-da baş tutacaq görüşdə ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

VAR hakimi avstriyalı Alan Kiyas, onun köməkçisi isə Nicat İsmayıllı olacaq.

Qeyd edək ki, Qazaxıstan - Slovakiya matçı Astanadakı “Astana Arena”da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İdman.Biz