Azərbaycan Kuboku: “Kəpəz” “Turan Tovuz” ilə üz-üzə

5 Mart 2026 09:33
106
Azərbaycan Kuboku: “Kəpəz” “Turan Tovuz” ilə üz-üzə

Bu gün futbol üzrə Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, günün ilk qarşılaşmasında “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 14:30-da start götürəcək.

İlk görüşdə Tovuz klubu qalib gəlib - 1:0. Cütün qalibi yarımfinalda “Zirə” ilə qarşılaşacaq.

Bizon Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
5 mart
14:30. “Kəpəz” - “Turan Tovuz”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Yevlax şəhər stadionu

Qeyd edək ki, daha əvvəl “Sumqayıt”ı 2:0 (ilk oyun - 0:0) hesabı ilə üstələyən “Zirə” və “Şamaxı”nı məğlub edən (1:2, 3:1) “Qarabağ” yarımfinalda oynamaq hüququ qazanıb.

İdman.Biz