“Barselona” minimal hesabla “Atletik”ə qalib gəlib - YENİLƏNİB + VİDEO

8 Mart 2026 02:21
747
“Barselona” minimal hesabla “Atletik”ə qalib gəlib

İspaniya La Liqasının 27-ci turunun “Atletik Bilbao” və “Barselona” arasında keçirilən oyun başa çatıb. Matç İspaniyanın Bilbao şəhərindəki “San Mamés Barria” stadionunda baş tutub. Qonaq komanda 1:0 hesablı qələbəni qeyd edib.

“Barselona”nın hücumçusu Lamin Yamal matçın yeganə qolunu 68-ci dəqiqədə vurub.

İspaniya liqasında 27 oyundan sonra “Barselona” 67 xalla turnir cədvəlinə başçılıq edir. “Atletik Bilbao” 35 xalla doqquzuncu yerdədir.

23:47

İspaniya La Liqasının 27-ci turunun “Atletiko Madrid” və “Real Sosyedad” arasında keçirilən oyun başa çatıb.

Oyun İspaniyanın Madrid şəhərindəki “Civitas Metropolitano” stadionunda baş tutub. Ev sahibi komandanın oyunçuları 3:2 hesablı qələbəni qeyd ediblər.

“Atletiko Madrid”in hücumçusu Aleksandr Sörlot matçın ilk qolunu beşinci dəqiqədə vurub. Dörd dəqiqə sonra “Real Sosyedad”ın yarımmüdafiəçisi Karlos Soler hesabı bərabərləşdirib. 67-ci dəqiqədə yarımmüdafiəçi Nikolas Qonsales ev sahibi komandanı irəli çıxarsa da, bir dəqiqə sonra “Real Sosyedad”ın hücumçusu Mikel Oyaraabal hesabı bərabərləşdirib. 81-ci dəqiqədə Nikolas Qonsales iki qol vuraraq hesabı 3:2 edib.

İspaniya liqasında 27 oyundan sonra “Atletiko Madrid” 54 xalla turnir cədvəlində üçüncü yerdədir. “Real Sosyedad” isə 35 xalla səkkizinci yerdədir.

Turun digər oyununda “Levante” və “Jirona” heç-heçə oynayıblar - 1:1.

20:14

La Liqanın 27-ci turunda “Osasuna” “Malyorka”nı qəbul edib.

İdman.Biz bildirir ki, matç 2:2 hesabı ilə yekunlaşıb.

Vedat Muriqi 35 və 612-ci dəqiqələrdə “Malyirka”nın qapısına iki qol vurub. Qonaqlar Enrike Barxa (89) və Ante Budimirin (90+4) qolları ilə heç-heçəyə nail ola biliblər.

Beləliklə, “Malyorka” yeni baş məşqçi Martin Demiçelisin rəhbərliyi altında ilk oyunda heç-heçyə nail olub.

İdman.Biz