“Bavariya”nın baş məşqçisinin vəziyyəti ilə bağlı yeni açıqlama: diaqnoz hələ müəyyənləşməyib

26 Oktyabr 2026 20:11
84
“Bavariya”nın baş məşqçisinin vəziyyəti ilə bağlı yeni açıqlama: diaqnoz hələ müəyyənləşməyib

“Bavariya”nın idman direktoru Maks Eberl komandanın baş məşqçisi Vensan Kompaninin səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.

İdman.Biz “Bavariya”nın rəsmi saytına istinadən xəbər verir ki, Eberl Bundesliqanın yeddinci turunda “Frayburq” üzərində 3:1 hesablı qələbədən sonra baş məşqçinin vəziyyətini şərh edib.

“Vinninin vəziyyəti sabitdir. Artıq baş ağrıları yoxdur, lakin o, mütəxəssislərin nəzarəti altında qalacaq. Biz sadəcə, onu rahat buraxmışıq. Vensan diaqnozun müəyyənləşdirilməsini gözləməlidir. Bundan sonra nə etmək lazım olduğunu anlayacağıq. Hələlik yekun diaqnoz yoxdur. Amma oyunlar və qələbələr onun üçün ən yaxşı dərmandır”, - deyə Eberl bildirib.

Qeyd edək ki, “Bavariya”nın baş məşqçisi Vensan Kompani oktyabrın 23-də klubun ehtiyat komandasının məşqi zamanı huşunu itirib və tibbi müayinələrə cəlb olunub.

İdman.Biz