“Bavariya” “Qızıl top” üçün Londona gəlib - Harri Keyn tarixi uğura yaxındır - VİDEO

26 Oktyabr 2026 19:31
93
“Bavariya” “Qızıl top” üçün Londona gəlib - Harri Keyn tarixi uğura yaxındır

“Bavariya”nın futbolçuları və rəhbərliyi “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak etmək üçün Londona gəliblər.

İdman.Biz Bild nəşrinə istinadən xəbər verir ki, Münhen klubunda əsas namizədlərdən biri olan Harri Keynin nüfuzlu mükafatı qazanacağına böyük ümid bəslənilir.

İngiltərəli hücumçu ilə birlikdə Maykl Olise, Luis Dias, Dayo Upamekano və Lennart Karl da Londona yollanıblar. Nümayəndə heyətində klub prezidenti Herbert Hayner və idarə heyətinin sədri Yan-Kristian Drezen də yer alıblar.

“Bavariya”nın qadın komandasının futbolçusu Klara Bühl də səfərə qatılıb. İdman direktoru Maks Eberl isə soyuqdəymə səbəbindən Londona gedə bilməyib.

Keyn “Qızıl top”u qazansa, 1981-ci ildə Karl-Haynts Rummeniggedən sonra bu mükafata layiq görülən ilk “Bavariya” futbolçusu olacaq.

Qeyd edək ki, mükafatlandırma mərasimi bu gün Londondakı “London Palladium” teatrında keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 23:59-da başlayacaq.

İdman.Biz